Saakaşviliyə Moldovada vəzifə təklif olundu
Bizi izləyin

Dünya

Saakaşviliyə Moldovada vəzifə təklif olundu

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili korrupsiya ilə mübarizə məqsədilə Moldovaya dəvət edilib.

Moldovanın baş naziri Kirill Qaburiçin sözlərinə görə, bu məsələ keçən çərşənbə günü Ukrayna prezidenti Pyotr Poroşenko ilə müzakirə edilib. Müzakirədə Poroşenkonun məsləhətçisi olan Mixail Saakaşvili də olub.

"Saakaşvili və onun komandasının islahatlar sahəsində yaxşı təcrübəsi var. Tezliklə onlar Kişinyova gələcəklər. Onlar Moldova hakimiyyətinə korrupsiya ilə mübarizə məsələlərində ekspert kimi kömək edəcəklər. Hakimiyyətin rüşvətxorluğu aradan qaldırmaq üçün bütün cəhdlərinə baxmayaraq, indiyədək bu sahədə təsirli addımlar atılmayıb", - deyə Qaburiç bildirib. O həmçinin qeyd edib ki, korrupsiya Modlovada bütün sahələrə nüfuz edib.

Xatırladaq ki, həm Mixail Saakaşvili, həm də Kirill Qaburiçə qarşı öz vətənlərində cinayət işi açılıb. Saakaşvili Gürcüstanda axtarışa verilib. Keçmiş prezident vəzifə səlahiyyətlərini aşmaqda və digər cinayətlərdə ittiham edilir. Bir müddət "Azercell" şirkətinin baş direktoru olan Kirill Qaburiç isə təhsil haqqında sənədləri saxtalaşdırmaqda ittiham edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm