Dünya
Poroşenkonun biznesini bu şirkət ala bilər
Dünyada sirniyyat məmulatlarının ən böyük istehsalçılarından biri olan “Nestle” şirkəti Ukrayna prezidenti Pyotr Poroşenkonun sahibi olduğu “Roshen” şirniyyat şirkətini ala bilər.
Publika.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, “Nestle” Poroşenkoya şirkəti üçün 1 milyard dollar təklif edir.
Ancaq agentliyin məlumatına görə, bu, Ukrayna prezidentinin müəyyən etdiyi qiymətdən üç dəfə aşağıdır. “Roshen”in sahibi şirkətini təxminən 3 milyard dollarla qiymətləndirir. Amma Ukrayna şirkətinin yeganə potensial alıcısı olan “Nestle” maksimum 1 milyard dollar ödəmək niyyətindədir.
“Bloomberg” qeyd edir ki, Ukraynada böyük müəssisələrə malik olan “Roshen” şirniyyat korporasiyası Poroşenkonun ən böyük aktivi hesab olunur. Ukraynada şirniyyat məmulatlarının ən böyük istehsalçısı olan şirkətin Rusiya, Litva və Macarıstanda fabrikləri var.
Qeyd edək ki, 2014-cü ilin mayında Ukrayna prezidenti seçilən Poroşenko biznes strukturlarını satmağa qərar verib. O, hələ seçki kampaniyasında seçicilərinə bu barədə vəd verib. Avqustun 22-də elan edilib ki, Ukrayna prezidentinin biznesinin satışı ilə “Rotshild” şirkəti məşğul olacaq. Lakin satış prosesi qeyri-müəyyən səbəblərlə uzadılır.
“Roshen”dən başqa “5 Kanal” televiziya kanalı və Kiyev gəmiqayırma zavodu Poroşenkoya məxsusdur. O, Kiyevdə “5 element" idman klubunda 55 faiz, Beynəlxalq investisiya bankında 50,08, “Kraina” sığorta şirkətində 49,99 faiz paya sahibdir. Poroşenko bir müddət əvvəl isə “5 Kanal” televiziya kanalının satılmayacağını bəyan edib.
Lakin Ukrayna Konstitusiyasına əsasən prezident sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz.
Ömər Dağlı
-
Maraq dünyası02:19
Dünyanın ən lənətlənmiş adası: Kim yaşadısa... - FOTO
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop8 May 20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır