Rus tankları Ağ evdə – FOTO/VİDEO
Bizi izləyin

Dünya

Rus tankları Ağ evdə – FOTO/VİDEO

Kremlyönlü fəallar Ağ evin üzərinə 9 may paradı haqda filmin proyeksiyasını salıblar.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Amerikanın Federal Təhqiqat Bürosu insidenti araşdırmağa başlayıb.

Kremlyönlü fəallar deyirlər ki, bu, Amerika prezidentinə etiraz aksiyasıdır. Onlar bunu belə əsaslandırırlar ki, Barak Obama 9 may – nasizm üzərində qələbənin 70-ci ildönümü ilə bağlı Moskvada keçirilən parada getmir, üstəlik başqa prezidentlərin də getməyinin qarşısını almağa çalışır.

ABŞ Rusiyanın Ukraynaya təcavüzünün davam etdiyi dövrdə Moskva paradında iştirakı yersiz sayır.

Qeyd edək ki, Ağ ev üzərində parad kadrlarını əks etdirən video sosial şəbəkələrdə də paylaşılıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm