• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Qeyri-adi elan: siyasətçi dublyor axtarır - FOTOLAR

  • Dünya
  • 14 May 2015 22:09
  • 315 Baxış
Qeyri-adi elan: siyasətçi dublyor axtarır - FOTOLAR

Meksikalı siyasətçi Renato Tronko Qomez iş yükünü azaltmaq üçün qeyri-adi bir yola əl atıb. Belə ki, siyasətçi rəsmi görüşlərdə iştirak etməsi üçün öz oxşarını axtarır.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı “Facebook” da elan yerləşdirən Renato Tronko Qomez seçimlərdən qalib gələcək adama 40 min peso (2,700 dollar) ödəcəyək. Hazırda 4 nəfər seçim turuna buraxılış alıb.

Qomez Meksikanın Velakruz ştatından olan bitərəf deputatdır. O, qalib gələcək şəxsə onun kimi danışmaq və hərəkətlərini yamsılamağı da öyrətməyə hazırdır. Qomezin dublyoru onu bir çox sahədə əvəzləsə də, müəyyən istisnalar mövcuddur. Məsələn, dublyor Qomezin ailəsi ilə gün keçirə bilməz.

O deyib: “Mənim əkiz tayım parlamentin sessiya iclaslarında iştirak edə bilməz, çünki sən orada barmaq izinlə səs verirsən. Əkiz tayıma görə, barmağımı kəsməyə hazır deyiləm. Başqa bir razılaşmaya görə isə, əkizim arvadımla yata, evimdə yaşaya və uşaqlarıma atalıq edə bilməz”.

Qomez bu vaxta qədər iştirak edə bilmədiyi tədbirlərə öz köməkçilərini göndərib və 2 il bundan qabaq özünün əkiz tayını tapmaq fikrinə düşüb. Tənqidçilər isə onun bu hərəkətini qubernatorluq vəzifəsinə namizədliyi üçün irəli sürülmüş piyar adlandırıblar.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR