• USD 1,7369 0,00% EUR 1,8716 0,00%
    • GBP 2,1974 0,00% RUB 0,0274 0,00%

Həyat yoldaşı Davudoğluya danışmağı qadağan etdi

  • Dünya
  • 16 May 2015 11:17
  • 451 Baxış
Həyat yoldaşı Davudoğluya danışmağı qadağan etdi

Türkiyənin baş naziri Əhməd Davudoğluya həyat yoldaşı Sare Davudoğludan “danışma” qadağası gəlib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, qadağa baş nazirin səsini qorumaq məqsədilə edilib.

İyunun 7-də keçiriləcək parlament seçkiləri ilə bağlı mitinq marafonunu davam etdirən Davudoğlu bəzi hallarda gündə 3 mitinqdə çıxış edir. Sıx mitinq qrafikinin baş nazirin səs tellərinə mənfi təsir etdiyi deyilir. Son mitinqdə isə Davudoğlunun səsinin batdığı aydın şəkildə hiss olunub.

Sare Davudoğlunun qadağası isə ondan ibarətdir ki, baş nazir bölgələrə səfərlərində yanındakı insanlarla söhbətlərə qatılmayaraq səs tellərinə istirahət verəcək. Qadağadan sonra baş nazirin səsinin açıldığı hiss olunur.

Ömər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR