• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

2050-ci ildə dünyanın ən böyük 30 iqtisadiyyatı - SİYAHI

  • Dünya
  • 16 May 2015 17:52
  • 824 Baxış
2050-ci ildə dünyanın ən böyük 30 iqtisadiyyatı - SİYAHI

"PwC" konsaltinq şirkəti 2050-ci ildə dünyanın iqtisadi mənzərəsi ilə bağlı bir hesabat hazırlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, “Dünya 2050-ci ildə” adlanan hesabatda ölkələrin iqtisadi gücü ilə bağlı təxminlər yer alıb.

Şirkətin proqnozlarına görə, 2050-ci ildə ümumi daxili məhsulun (ÜDM) həcmi baxımından də ilk 30 yerdə aşağıdakı ölkələr yer alacaq:

1. Çin - 53,6 trilyon dollar (hazırda 10,3 trilyon dollarla 2-ci yerdədir)

2. ABŞ - 41,4 trilyon dollar (hazırda 17,4 trilyon dollarla 1-ci yerdədir)

3. Hindistan - 27,9 trilyon dollar (hazırda 2 trilyon dollarla 10-cu yerdədir)

4. İndoneziya - 8,7 trilyon dollar (hazırda 856 milyard dollarla 17-ci yerdədir)

5. Braziliya - 8,5 trilyon dollar (hazırda 2,2 trilyon dollarla 7-ci yerdədir)

6. Japoniya - 7,9 trilyon dollar (hazırda 4,7 trilyon dollarla 3-cü yerdədir)

7. Meksika - 7 trilyon dollar (hazırda 1,3 trilyon dollarla 15-ci yerdədir)

8. Rusiya - 6,6 trilyon dollar (hazırda 2 trilyon dollarla 9-cu yerdədir)

9. Nigeriya - 6,35 trilyon dollar (hazırda 594 milyard dollarla 20-ci yerdədir)

10. Almaniya - 6,3 trilyon dollar (hazırda 3,8 trilyon dollarla 4-cü yerdədir)

11. İngiltərə - 5,7 trilyon dollar (hazırda 2,8 trilyon dollarla 6-cı yerdədir)

12. Fransa – 5,2 trilyon dollar (hazırda 2,9 trilyon dollarla 5-ci yerdədir)

13. Səudiyyə Ərəbistanı – 4,48 trilyon dollar (hazırda 778 milyard dollarla 19-cu yerdədir)

14. Türkiyə - 4,3 trilyon dollar (hazırda 813 milyard dollarla 18-ci yerdədir)

15. Cənubi Koreya - 4,1 trilyon dollar (hazırda 1,5 trilyon dollarla 13-cü yerdədir)

16. İtaliya - 3,6 trilyon dollar (hazırda 2,1 trilyon dollarla 8-ci yerdədir)

17. Kanada - 3,5 trilyon dollar (hazırda 1,8 trilyon dollarla 11-ci yerdədir)

18. İspaniya - 3 trilyon dollar (hazırda 1,4 trilyon dollarla 14-cü yerdədir)

19. Avstraliya - 2,9 trilyon dollar (hazırda 1,4 trilyon dollarla 12-ci yerdədir)

20. Misir - 2,9 trilyon dollar (hazırda 285 milyard dollarla 29-cu yerdədir)

21. Filippin - 2,7 trilyon dollar (hazırda 290 milyard dollarla 28-ci yerdədir)

22. Pakistan - 2,7 trilyon dollar (hazırda 233 milyard dollarla 30-cu yerdədir)

23. Malayziya - 2,6 trilyon dollar (hazırda 337 milyard dollarla 27-ci yerdədir)

24. Tailand - 2,6 trilyon dollar (hazırda 380 milyard dollarla 25-ci yerdədir)

25. Vyetnam -2,5 trilyon dollar (hazırda 188 milyard dollarla 31-ci yerdədir)

26. Cənubi Afrika Respublikası - 2,5 trilyon dollar (hazırda 341 milyard dollarla 26-cı yerdədir)

27. Kolumbiya - 2,5 trilyon dollar (hazırda 400 milyard dollarla 24-cü yerdədir)

28. Banqladeş - 2,4 trilyon dollar (hazırda 187 milyard dollarla 32-ci yerdədir)

29. Polşa - 2,4 trilyon dollar (hazırda 552 milyard dollarla 21-ci yerdədir)

30. İran – 2,2 trilyon dollar (hazırda 403 milyard dollarla 23-cü yerdədir)

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR