ABŞ-dan Çinə 118 metrlik gözdağı
Bizi izləyin

Dünya

ABŞ-dan Çinə 118 metrlik gözdağı

ABŞ Çinin Cənubi Çin dənizində təsir dairəsini genişləndirmək siyasətinə qarşı bir müddətdir LCS-lərdən (“sahil müharibəsi gəmisi") istifadə edir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Cənubi Çin dənizində yeni nəsil döyüş gəmisi ilə Pekinə gözdağı verib.

ABŞ donanması “USS Fmort Worth” gəmisinin Cənubi Çin dənizindəki 1 həftəlik patrul xidmətinin tamamlandığını açıqlayıb. Məlumata görə, ABŞ qarşıdakı günlərdə daha 4 “sahil müharibə gəmisi”ni patrul xidməti üçün bölgəyə göndərəcək.

“Sahil müharibə gəmiləri” ABŞ donanmasının müdaxilə gücünü artırmaq üçün hazırlanıb. Saatda 78 kilometr sürətlə hərəkət edə bilən 118 metrlik bu gəmilər 57 millimetrlik topa və idarə olunan raketlərə sahibdir. Gəmi vertolyot və pilotsuz uçuş aparatlarının enib-qalxması üçün geniş göyərtəyə malikdir. 2020-ci ilə qədər ABŞ donanmasınin istismarına bu gəmilərdən 20 ədəd veriləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm