Gürcüstan Rusiya ilə münasibətlərini qaydaya salmaq istəyir
Bizi izləyin

Dünya

Gürcüstan Rusiya ilə münasibətlərini qaydaya salmaq istəyir

“Gürcüstan Rusiya ilə münasibətlərin normallaşdırılması prosesini davam etdirmək fikrindədir”.

Publika.az-ın məlumatına görə, bunu Gürcüstanın baş naziri İraqkli Qaribaşvili mayın 19-da Gürcüstan-Avstriya biznes forumunda deyib.

O qeyd edib ki, Gürcüstan rəhbərliyi bu çətin prosesi əməli ruhda davam etdirəcək və son vaxtlar iki tərəfli iqtisadi və ticarət əlaqələrinin inkişafında irəliləyiş var.

Qaribaşvili qeyd edib ki, Rusiya ilə qalan siyasi problemlərin həllində çətinliyə baxmayaraq, rəsmi Tbilisi Gürcüstanın dövlət maraqlarına görə, bu istiqamətdə işi intensiv şəkildə davam etdirəcək.

Qeyd edək ki, Rusiya 2008-ci ilin yayında Gürcüstanla qısa müharibədən sonra onun separatçı bölgələri Abxaziya ilə Cənubi Osetiyanı müstəqil dövlətlər kimi tanıyıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm