Rusiya Ukraynadan pulunu tələb edir
Bizi izləyin

Dünya

Rusiya Ukraynadan pulunu tələb edir

Rusiyanın baş naziri Dmitri Medvedev deyib ki, Ukrayna xarici borclarına moratorium qoysa, onlar beynəlxalq məhkəməyə müraciət edəcəklər.

«Rossiya-1» telekanalına müsahibəsində Medvedev deyib ki, Ukrayna əvvəlki hakimiyyətin götürdüyü borcu ödəməkdən imtina etsə, bu, ölkənin defoltu demək olacaq.

Ukrayna Ali Radası mayın 19-da qanunla hökumətə hüquq verib ki, bəzi xarici borclara moratorium qoysun.

Vladimir Putin hökumətin iclaslında bildirib ki, Rusiya bankları Ukraynada olan müştərilərə 25 milyard dollara yaxın kredit verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm