Dünya
ABŞ-da 71 etirazçı həbs edilib
ABŞ-ın Ohayo ştatının Klivlend şəhərində iki silahsız şəxsi öldürməkdə təqsirləndirilən polis əməkdaşı Maykl Breloya məhkəmə tərəfindən bəraət qərarı verilməsinə qarşı etiraz aksiyası keçirənlərin 71 nəfəri həbs olunub.
Polis aksiya iştirakçılarının həbsinə səbəb kimi onların şəhərin küçələrindən birində avtomobilin hərəkətini dayandırmağa cəhd göstərmələri və sakinlərlə sərt rəftar etmələrini göstərib.
Hazırda şəhərdə etiraz aksiyası davam edir. Aksiya iştirakçıları ədalətli mühakimə tələb edirlər.
Xatırladaq ki, Maykl Brelo 2012-ci ildə onun avtomobilinə atəş açaraq qaçan qaradərili şəxsləri təqib edərək yaxalamış, tabe olmadıqları üçün onlara atəş açmışdı. Hadisə nəticəsində Timoti Rassel və Malisa Uilyams adlı iki nəfər həlak olmuşdu. Polis əməkdaşının onları qəsdən öldürməsi ilə bağlı cinayət işi qaldırılmışdı.
-
Nida Xəbər 11:15
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edir - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?