Putin Rusiyanın silah bazarındakı mövqeyini açıqladı
Bizi izləyin

Dünya

Putin Rusiyanın silah bazarındakı mövqeyini açıqladı

Rusiya prezidenti Vladimir Putin ölkəsinin dünya silah bazarındakı yerini açıqlayıb.

Publika.az RİA informasiya agentliyinə istinadən xəbər verir ki, dövlət başçısı hərbi-texniki əməkdaşlıq üzrə prezident komissiyasının iclasında dünya silah bazarında Rusiyanın ABŞ-dan sonra ikinci yeri tutduğunu bildirib.

Putin qeyd edib ki, beynəlxalq institutların məlumatına görə, dünya silah bazarında ABŞ 31 faizlə birinci, Rusiya isə 27 faizlə ikinci yeri tutur. O, silah ixracının 15,5 milyard dollara çatdığını və son üç ildə ixracın sabit qaldığını deyib.

Ötən il 24 beynəlxalq silah və müdafiə sərgisinə qatıldıqlarını deyən Putin 62 ölkəyə silah satdıqlarını və 91 ölkə ilə bu mövzuda əməkdaşlıq etdiklərini qeyd edib.

“İrəliyə getmək, daha yüksək planları icra etmək, yeni nəsil silahları istehsal etmək və Rusiyanın dünya silah bazarındakı yerini daha da gücləndirmək lazımdır. Çox çətin şərtlər altında işləyirik. Asiyadan Afrika və Latın Amerikaya qədər bir çox bölgədə bizim silahlarımızdan istifadə edilir. Çünki onlar bizim silahlarımızın etibarlı olduğunu bilirlər. Amma bəzən rəqabətdən kənar təcavüzkar yanaşmalarla qarşı-qarşıya qalırıq”, - Putin vurğulayıb.

Ukrayna rəhbərliyinin Rusiya ilə hərbi əlaqələrini kəsməsi barədə qərarına toxunan Putin bu qərardan sonra Ukraynanın bir çox silah şirkətinin iflas həddinə gəldiyini söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm