Casusluqda ittiham olunan jurnalistin məhkəməsi başlayıb
Bizi izləyin

Dünya

Casusluqda ittiham olunan jurnalistin məhkəməsi başlayıb

İranda casusluqda ittiham olunan Washington Post qəzetinin müxbiri Ceyson Rezaiyanın qapalı məhkəmə iclası başlayıb.

Publika.az-ın məlumatına görə, İranın dövlətə məxsus İRNA agentliyi məhkəmənin adətən milli təhlükəsizliklə əlaqədar məhkəmə proseslərinin aparılığı İnqilab Məhkəməsində keçirildiyi haqda xəbər yayıb.

Ceyson Rezaiyanın qardaşı Əli deyib ki, rəsmilər məhkəməni təhlükəsizlik səbəblərinə görə deyil, heç bir sübutun olmadığını bildiklərinə görə qapalı keçirir.

Washington Post qəzeti və ABŞ Dövlət Departamenti dəfələrlə Ceyson Rezaiyanın azad edilməsinə çağıraraq, onun müxbir kimi çalışaraq heç bir səhv iş görmədiyini bildirib.

ABŞ rəsmiləri də İranla nüvə danışıqları zamanı Rezaiyanın məsələsini qaldırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm