Böyük Britaniyanın Baş naziri Almaniyaya səfər edib
Bizi izləyin

Dünya

Böyük Britaniyanın Baş naziri Almaniyaya səfər edib

Böyük Britaniyanın Baş naziri Devid Kemeron mayın 29-da Berlinə gəlib. Almaniyanın paytaxtı Baş nazirin Avropanın bir neçə şəhərinə turnesi çərçivəsində sonuncu dayanacaq olub. Mayın 28-də o, Haaqada danışıqlar aparıb, sonra Parisdə, mayın 29-da səhər saatlarında isə Varşavada olub.

Britaniya Baş nazirinin səfəri həmkarlarını Avropa İttifaqında islahatlar aparmağın zəruriliyinə inandırmaq məqsədi daşıyıb. D.Kemeron hesab edir ki, bunu etmədən başçılıq etdiyi hökumətə Krallığın Avropa İttifaqında iştirakının məqsədəuyğunluğuna britaniyalıları inandırmaq çətin olacaq. Bu məsələ ilə bağlı referendum 2017-ci ildən gec olmayaraq keçirilməlidir. Amma bəlkə də daha tez – gələn il keçiriləcək. Hələlik isə D.Kemeron ümumi şəkildə dörd sahədə islahatların aparılmasından, o cümlədən milli parlamentlərin rolunun artmasından, avrozonaya daxil olmayan ölkələrin hüquqlarının möhkəmləndirilməsindən, yerdəyişmə azadlığının məhdudlaşdırılması, Aİ ərazisində iş və yaşayış yerinin seçimi imkanlarından, sosial təminat siyasəti sahəsində dəyişikliklərdən danışıb. Baş nazir Devid Kemeronun AFR kansleri Angela Merkel ilə danışıqlarının başlıca mövzuları məhz bunlar olub.

A.Merkel danışıqların yekunlarına dair mətbuat konfransında deyib: “Biz Böyük Britaniyanın Avropa İttifaqının reallıqlarına dəyişikliklər etmək ümidlərindən və arzularından danışdıq. Almaniya öz tərəfindən ümidvardır ki, Böyük Britaniya Aİ-nin üzvü olaraq qalacaq”.

Kansler hesab edir ki, Berlin və London bəzi aspektlərə dair heç bir çətinlik çəkmədən ümumi dil tapacaq, digərləri haqqında danışıqlar aparmalı olacaqlar. A.Merkel əlavə edib ki, xoş məram olanda yol tapılır. Bu zaman Aİ-nin müqavilə bazasına dəyişikliklər olunacağını əvvəllər olduğu kimi istisna da etməyib.

D.Kemeron kimi AFR-in keçmiş prezidenti Roman Hersoq da əmindir ki, “milli parlamentlərin Brüssellə səlahiyyətlərinin toqquşmasına qarşı mübarizə aparmaq hüququ olmalıdır”. Angela Merkelin partiyasının - Xristian Demokrat İttifaqının baş katibi isə deyib: “Avropanı necə görmək istədiyimiz barədə düşünmək vaxtı çatıb”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm