ABŞ vitse-prezidentinin oğlu vəfat edib - FOTO
Bizi izləyin

Dünya

ABŞ vitse-prezidentinin oğlu vəfat edib - FOTO

ABŞ-ın vitse-prezidenti Co Baydenin oğlu Beu Bayden beyin xərçəngindən vəfat edib.

Publika.az-ın məlumatına görə, 46 yaşlı Baydenin vəfatı haqda xəbəri Ağ Evin mətbuat xidməti yayıb.
Prezident Barak Obama və xanımı vitse-prezidentə başsağlığı verib.

O deyib ki, Beu onların dostu idi. "Onun xartirəsi hər birimizin yaddaşında qalacaq. Özəlliklə, onun həyat yoldaşı və iki gözəl övladının timsalında”, - Obama əlavə edib.

Beu Baydenə 2013-cü ilin avqustunda xərçəng dianqonozu qoyulmuşdu. O, mayın 26-dan Vashington yaxınlığında yerləşən klinikada müalicə alırmış. Vəfat edərkən ailə üzvləri onun yanında olub.

Beu ABŞ-ın Delavare ştatının generalının müvəkkili olub. O, İraqda hərbi xidmət keçib. ABŞ Milli Qvardiyasının Delavare briqadasının tərkibində Səddamın devrilməsi əməliyyatında iştirak edib.

8 illik general müvəkkilliyindən sonra 2015-ci ildə Beu hüquq firmalarından biri ilə əməkdaşlıq edirdi. O, 2016-cı ildə Delavare ştatına hakimiyyət seçkilərinə qatılmağı planlayırdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm