Saakaşvili Ukraynanın baş naziri olmaq istəyir - İDDİA
Bizi izləyin

Dünya

Saakaşvili Ukraynanın baş naziri olmaq istəyir - İDDİA

Bir neçə gün bundan əvvəl Ukraynanın Odessa vilayətinin qubernatoru təyin olunan Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukraynanın baş naziri olmaq iddiasındadır.

Publika.az RİA informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin başçısı Aleksey Puşkov “Twitter” səhifəsində yazıb.

Saakaşvilinin özü isə bu iddianı “ağılsızlıq” adlandırıb. O, Ukraynada heç bir siyasi ambisiyasının olmadığını deyib. Sabiq dövlət başçısı bildirib ki, “Odessa layihəsi” tamamlandıqdan sonra vətənə qayıtmağı planlaşdırır.

Gürcüstan qanunvericiliyə görə, ikinci bir ölkənin vətəndaşlığını alan şəxs avtomatik olaraq Gürcüstan vətəndaşlığını itirir. Qanunvericilik ikili vətəndaşlığa icazə verir, amma bunun üçün Gürcüstan prezidentinə müraciət etmək və müsbət cavab almaq lazımdır.

Saakaşvili isə bu fikirdədir ki, Gürcüstan vətəndaşlığını itirməsi onun ölkəyə qayıtmasına maneə olmayacaq. “Çünki Gürcüstana qayıtdığım anda xalqın özü vətəndaşlıqdan məhrum olunmağım barədə qərarın ləğvinə və barəmdə qaldırılan cinayət işlərinin dayandırılmasına nail olacaq”, - Saakaşvili deyib.

Odessa qubernatoru ölkəsinə qayıdışın dəqiq tarixini açıqlamayıb. Amma sabiq prezident ötən ilin sonunda bildirmişdi ki, 2015-ci ildə Gürcüstana qayıtmaq niyyətindədir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm