Ukraynadan SOS: Separatçılar şəhəri mühasirəyə alır
Bizi izləyin

Dünya

Ukraynadan SOS: Separatçılar şəhəri mühasirəyə alır

Marinka və Krasnoqorovkaşəhərlərinin tutulması separatçılara Peskax, Avdeyevka və Karlovkanı mühasirəyə almağa imkan verəcək.

Publika.az “Unian.net” saytına istinadən xəbər verir ki, bu barədə “Facebook” səhifəsində “Sağ sektor” təşkilatının komandirinin müavini Valentina Manko bildirib.

“Marinka ərazisində ağır silahların tətbiqi ilə hücumdan sonra dəqiq deyə bilərəm ki, separatçılar tərəfindən növbəti hücum və mühasirə hazırlanır. Onlar utanmadan ağır silahlardan istifadə edirlər, yalnız minaatanlardan deyil, reaktiv artilleriyadan istifadə edirlər”, - xəbərdə deyilir.

Kəşfiyyat məlumatlarına istinadən Manko qeyd edib ki, separatçılar Marinka, həmçinin Peskax və Krasnoqorovkanın ətrafına “Buratino”, “Qrad” və “Smerç” olmaqlaböyük miqdarda ağır silahlar və canlı qüvvə toplayırlar.

Xatırladaq ki, iyunun 3-də separatçılar Ukrayna ordusunun mövqelərinə hücum ediblər. Ən güclü zərbə isə Marinka və Krasnoqorovka yaşayış məntəqələrinə edilib. Separatçılar Marinkanı ələ keçirdiyini bəyan etsələr də, bu informasiya Ukrayna tərəfdən təkzib edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm