Separatçılara ağır itki: 80 ölü, 100 yaralı
Bizi izləyin

Dünya

Separatçılara ağır itki: 80 ölü, 100 yaralı

Donetsk vilayətinin Marinka şəhəri yaxınlığında gedən döyüşlərdə təxminən 80 separatçı öldürülüb, 100-dən çoxu yaralanıb.

Publika.az “Unian.net” saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyasının anti-terror məsələləri üzrə sözçüsü Andrey Lısenko bildirib.

Onun sözlərinə görə, rəqibin zirehli texnikasının 10 vahidi məhv edilib. Eyni zamanda Lısenko bildirib ki, neytral zonada məhv edilən düşmən muzdlularının cəsədləri hələ də qalır.

Qeyd edək ki, dünən səhər saatlarından başlayaraq, Marinka şəhəri separatçıların güclü hücumuna məruz qalıb. Ukrayna ordusu ilə şiddətli döyüşlərdən sonra “Donetsk Xalq Respublikası” separatçı qurumundan Marinkanın ələ keçirildiyi açıqlanıb. Lakin bu xəbər Ukrayna tərəfdən təkzib edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm