Dünyanı gözləyən təhlükə: Dəniz səviyyəsi sürətlə qalxır - FOTO
Bizi izləyin

Dünya

Dünyanı gözləyən təhlükə: Dəniz səviyyəsi sürətlə qalxır - FOTO

Alimlərin aaşdırmalarına görə, dəniz səviyyəsi sürətlə qalxır və qalxmaqda davam edəcək.

Publika.az xəbər verir ki, bütün dünya boyu sahil bölgələrində bu artıq hiss olunur və çoxları bu yeni reallığa uyğunlaşmağa çalışır.

"Son 20 ildə su səviyyəsi böyük sürətlə qalxıb. Bizim fikrimizcə, qarşıdan gələn bir neçə onillikdə daha da sürətlənəcək”, - meteoroloq Den Kayan bildirib.

Alimlərin fikrincə, əsrin sonunadək dünyada dəniz səviyyəsi bir mertə qədər qalxacaq. “Dəniz səviyyəsinin qalxması 2100-cü ildə sona çatmayacaq. İstixana qazlarının planetdə enerji balansını pozmasına görə, bu problem həmişə olacaq”.

Den Kayan istixana qazlarının planeti qızdırdığını deyir. “İqlimin istiləşməsi ilə gələcəkdə Qrinlandiya, Antarktika kimi bölgələrdə su səviyyəsinin qalxması potensialı mövcuddur".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm