Putin ABŞ-ın “xarici təhdid” siyasətinin məqsədini açıqladı
Bizi izləyin

Dünya

Putin ABŞ-ın “xarici təhdid” siyasətinin məqsədini açıqladı

“NATO-nun bəzi ölkələrin Rusiyanın mümkün hücumu haqqında bəyanatları absurddur və ən kiçik əsaslara malik deyil”.

Publika.az xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin İtaliyanın “Il Corriere della Sera” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bəzi ölkələr sadəcə olaraq NATO-dakı müttəfiqlərindən əlavə yardım almaq məqsədilə möhtəkirlik edirlər. Vladimir Putin qeyd edib ki, amerikalılar Rusiya və Avropanın yaxınlaşmasını istəmirlər. Kreml rəhbəri avroatlantik cəmiyyətdə öz liderliyini saxlamaq üçün “xarici təhdid”in ABŞ-a lazım olduğunu deyib. O, İranında açıq-aydın təhdid olmadığını dilə gətirib.

“Rusiyanın xarici siyasəti təcavüzkar xarakter daşımır. Rusiyanın xaricdə hərbi bazalarının praktik olaraq yoxluğu bunu təsdiq edir. Keçmiş SSRİ dövründən bəzi ölkələrdə qalan sılahlı qüvvələr istisnadır”. – Putin vurğulayıb.

Putin ABŞ-ı növbəti dəfə birtərəfli qaydada raketdən müdafiə haqqında müqavilədən çıxmaqda ittiham edib: “Rusiya isə əksinə, Rusiya, ABŞ və Avropanın raketdən birgə müdafiə sisteminin yaradılmasını təklif edib. Ancaq bu təklif dəstəklənmədi. Biz ünvanımıza olan təhdidlərə cavab vermək üçün hər şeyi edirik. Kimsə gözləyirdi ki, biz birtərəfli qaydada silahsızlaşacağıq? - prezident bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm