Ən güclü mühafizəsi olan türmədən film kimi qaçış - FOTO/VİDEO
Bizi izləyin

Dünya

Ən güclü mühafizəsi olan türmədən film kimi qaçış - FOTO/VİDEO

ABŞ-da Nyu-York ştatındakı ciddi rejimli türmədən qaçmağa nail olan 2 məhbusun aktiv axtarışları davam edir.

ANS PRESS-in məlumatına görə, məhbuslar qaldıqları kameradan mexaniki cihazlarla yeraltı keçid qazaraq tunellər vasitəsilə qaçmağa nail olublar.

Devid Svet və Riçard Met qətl törətdiklərinə görə ömürlük cəzaya məhkum olmuşdu. Onların yaxalanması üçün aktiv axtarışlar gedən zaman yerli hökümət qüvvələri təhlükəli cinayətkarların tutulmasına yüz min dollar mükafat təyin edib.

Hazırda qatillərin axtarışına iki yüzə yaxın polis və vertolyotlar cəlb edilib.

Qeyd edək ki, bu günə kimi super qorunan Klinton türməsi XIX əsrdən bu yana 150 ildir ki fəaliyyətdədir və Kanada ilə sərhəddə yerləşir. Buna görə qaçanların sərhədi aşaraq Kanadaya keçməsi də ehtimal edilir.

Türmədən eyni üsulla qaçış növü Stiven Kingin “Rita Xeyuort və Şouşenkdən xilas” povesti əsasında 1994-cü ildə çəkilmiş “Şouşenkdən qaçış” filmində tətbiq olunur.

Cinayətkar Devid və Riçardın bu filmdən nə dərəcədə ilhamlandıqları məlum olmasa da, tuneldə onları axtaranlar üçün qoyduqları “smayl” yaradıcı olmalarından xəbər verir.



















Oxumağa davam et
Reklam
Reklam

Gündəm