Kürd patiyasından qalmaqallı Qarabağ açıqlaması - VİDEO
Bizi izləyin

Dünya

Kürd patiyasından qalmaqallı Qarabağ açıqlaması - VİDEO

Türkiyədə Ədalət və İnkişaf Partiyasının son 13 ildə ilk dəfə təkbaşına hökumət qura bilməməsi və bunun nəticəsində koalision hökumətin qurulmasında yaranmış mürəkkəb vəziyyət gündəmdədir. Türkiyə bu gün bütün dünyanın diqqət mərkəzindədir. Azərbaycanla strateji münasibətlər nəzərə alınarsa, bu ölkədə siyasi hadisələrin Bakıda da izlənildiyini demək olar.

Türkiyədə parlament seçkilərinin demokratik və ədalətli keçdiyini söyləmək olar. Əsas məsələ nəticələr idi ki, iki hal gözlənilməz hesab olunur. Birinci AKP səs çoxluğu qazansa da, bu hökuməti formalaşdırmağa yetmir. Bu o deməkdir ki, 330 yer qazana bilmədiyi üçün referendum sual altına düşür. Türkiyənin parlament respublikasından prezident üsul idarəsinə keçməsi baş tutmur. AKP-nin yarım ay vaxtı var, koalisiya qurulmazsa, Türkiyə qanunlarına görə üç ay ərzində təkrar seçki keçirilməlidir.

Ekspertlərin qənaətinə görə, AKP bunu edəcək. Bu partiya xalqın səsinin ən çoxunu - 41 faizini qazanıb. Son 13 ildə hakim partiya və prezidentin nəaliyyətləri açıq-aşkar görünür. Fəal iqtisadi siyasət, yeni sahələrin inkişafına sərmayə qoyuluşu və qısa zamanda Türkiyəyə ümumdaxili məhsulu üç dəfə artırıb.

Türkiyə dünyada söz sahibidir, beynəlxalq təşkilatların tam hüquqlu üzvüdür, NATO-nun əsas fiqurlarından biridir.

Seçkilərdə ikinci gözlənilməz hal kürdlərin Xalq Demokratik Partiyasının baryeri aşması oldu. Bu həm də hakim partiyanın hökumət qurmasına maneə yaratdı. AKP mütləq parlamentdə yer alan digər partiyalarla danışıqlara getməlidir.

Politoloqlar mümkün variantalardan biri kimi AKP və MHP birliyini görürlər. Ekspertlər düşünür ki, MHP-də, dindarlar, mühafizəkarlar kifayət qədərdir. CHP-MHP-HDP birliyini real hesab edənlər, eyni zamanda kürdlərin hakim partiya ilə koalisiya quracağını fikirləşənlər də az deyil.

Türkiyədə seçkilər, xüsusilə yeni hökumətin qurulması Azərbaycanda da maraqla izlənir. Birincisi ona görə ki, Türkiyə Azərbaycanın ən yaxın strateji tərəfdaşıdır. Bu münasibətlər bütün sahələrdə qarşılıqlı inama söykənir. Koalisiyanın hansı partiya ilə qurulacağı az maraq kəsb etmir. İndidən bəzi partiyalar Türkiyənin gələcək daxili və xarici siyasəti ilə bağlı bəyanatlar verirlər.

HDP-də Osmanlı hadisələrinin soyqırım kimi tanınması gündəmə gətirilib. Həmçinin söylənilib ki, Dağlıq Qarabağ Ermənistanla Azərbaycanın problemidir. Bununla da Ermənistanla sərhədlərin açılması, normal münasibətlərin qurulması müzakirə mövzusudur.

Politoloq Rasim Musabəyov deyir ki, həm CHP, həm də HDP-də Türkiyənin Ermənistanla sərhədləri açacaqlarını deyənlərin olmasına baxmayaraq, ortada Türk xalqının iradəsi var, o iradə ilə hər bir partiya hesablaşmalıdır.

Türkiyədə keçirilən sorğuların faizləri də göstərir ki, əhalinin böyük qismi özünə ən yaxın, dost ölkə kimi Azərbaycanı görür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm