Rusiya və Türkiyə prezidentləri Bakıda Suriyada vəziyyəti və energetika sahəsində birgə layihələri müzakirə edəcəklər
Bizi izləyin

Dünya

Rusiya və Türkiyə prezidentləri Bakıda Suriyada vəziyyəti və energetika sahəsində birgə layihələri müzakirə edəcəklər

Rusiya ilə Türkiyə həm ticari-iqtisadi, həm investisiya sahələrində, həm də müxtəlif sahələrdə iri layihələr üzrə çox mühüm tərəfdaşlar olaraq qalırlar. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.

Rusiya ilə Türkiyə prezidentlərinin Bakıda nəzərdə tutulan görüşünü şərh edən D.Peskov bildirib ki, bu yetərincə mühüm görüş olacaq. Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan çoxdan görüşməyiblər. O deyib: “Buna görə də hər dəfə dövlət başçılarının görüşünün gündəliyi çox geniş olur. Üstəlik, görüş Türkiyədə parlament seçkilərindən sonra keçiriləcək. Rusiya və Türkiyə prezidentlərinin Suriyada vəziyyəti və energetika sahəsində birgə layihələri müzakirə edəcəklərini vurğulayan mətbuat katibi deyib: “Əlbəttə, mövqeləri razılaşdırmaq və regional işlərdə müşahidə olunan mürəkkəb vəziyyətlə bağlı fikir mübadiləsi aparmaq lazım gələcək. Bunlar həm Suriyada vəziyyət, həm iki ölkənin qarşılıqlı ticari-iqtisadi əlaqələri, həm də iri layihələr, o cümlədən energetika sahəsində layihələr üzərində birgə işləmək məsələləridir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm