Pentaqonun İŞİD xərci: Hər gün 9 milyon
Bizi izləyin

Dünya

Pentaqonun İŞİD xərci: Hər gün 9 milyon

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İŞİD terror təşkilatına qarşı həyata keçirdiyi hərbi əməliyyatlara xərclənən vəsaitin məbləğini açıqlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Pentaqon 2014-cü ilin avqustunda başlayan əməliyyatlarda 2 milyard 740 milyon dollar xərcləndiyini bildirib.

Pentaqon tərəfindən açıqlanan hesabata görə, ABŞ İŞİD-lə mübarizəyə hər gün orta hesabla təxminən 9 milyon 100 min dollar xərcləyir. Yüksək texnologiyalı “F-22 Raptor” reaktivinin yalnız bir saatlıq uçuşu üçün isə xərclənən pul 68 min dollardır.

Pentaqonun hesabatına görə, əməliyyatlara qatılan ABŞ donanmasının xərcləri 438 milyon, quru qüvvələrinin xərcləri isə 274 milyon dollar təşkil edib. İraqlı əsgərlərin təliminə çəkilən xərclər də buna daxildir. ABŞ prezidenti Barak Obama bu həftə 450 əlavə hərbi təlimatçının İraqa göndərilməsi barədə əmr verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm