Türkiyə sərhədlərində daha bir kürd dövləti yaradılır
Bizi izləyin

Dünya

Türkiyə sərhədlərində daha bir kürd dövləti yaradılır

Türkiyədə koalisiya höküməti müzakirələrinin davam etdiyi bir vaxtda ABŞ-ın da içində olduğu güclər cənub sərhədlərində kürd dövlətinin qurulması üçün addımlar atır.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ bombardmanlarından qaçan ərəb və türkmanlərin yaşayış məntəqələrinə PYD və PKK yerləşdirilir.

Suriyalı kürd alim Omar Seyhmus suriyalı kürdlərin İŞİD-i Tel-Abyad şəhərindən çıxarmaq istədiklərini qeyd edib. İraq və Suriyanın kürd bölgəsinin birləşəcəyi halda hərəkət imkanlarının daha artacağını deyən Seyhmus iraqlı kürdlərin Suriyada belə bir dövlətin yaradılmasına müsbət yanaşmadıqlarını dilə gətirib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da dünənki açıqlamasında ölkə sərhədləri yaxınlığında ərəblər və türkmanların Qərbin təyyarələri tərəfindən bombalandığını bildirib.

“Qərb çox təəssüf ki, onların yerinə PYD və PKK terror təşkilatları yerləşdirir. Buna necə müsbət baxa bilərik? Qərbi necə səmimi qəbul edə bilərik”, - Ərdoğan vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm