Misir Qəzza ilə sərhəd məntəqəsini açıb
Bizi izləyin

Dünya

Misir Qəzza ilə sərhəd məntəqəsini açıb

Misir Qəzza ilə son 3 ay ərzində ilk dəfə Rəfah sərhəd məntəqəsini açıb.

Publika.az-ın məlumatına görə, məntəqə fələstinlilərin giriş və çıxışı üçün 3 gün açıq olacaq.

BMT-nin Yaxın Şərq sülh prosesi üzrə koordinatoru Nikolay Mladenovun bildirdiyinə görə, təhlükəsizlik vəziyyəti imkan versə, Rəfah müntəzəm olaraq açıq saxlana bilər.

Misir bu keçid məntəqəsini 2013-cü ildə islamçı prezidentin ordu tərəfindən devrilməsindən sonra çox zaman bağlı saxlayır. Keçən ay Rəfat fələstinlilərin evlərinə qayıtması üçün qısa müddətə açılmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm