“Ukrayna münaqişəsi dünyada nüvə balansını dəyişdirir”
Bizi izləyin

Dünya

“Ukrayna münaqişəsi dünyada nüvə balansını dəyişdirir”

Ukrayna münaqişəsi və Krımın zəbt edilməsi Rusiya və ABŞ arasında “soyuq müharibə”dən sonrakı dövrdə ən güclü böhrana səbəb olub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) illik məruzəsində deyilir.

SIPRI-nin məruzəsində deyilir ki, hər iki ölkə özlərinin atom siyasətinə yenidən baxır və silahsızlaşdırma prosesini yavaşıdır: “Dünyada nüvə silahı miqdarı azalmaqda davam edir, ancaq bu onu bildirmir ki, planet nüvəsiz gələcəyə doğru hərəkət edir. Sadəcə olaraq atom silahı daha mükəmməlləşdirilir”.

Məruzədə bildirilir ki, 2015-ci ilin əvvəlində dünyanın doqquz ölkəsində - ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Çin, Hindistan, Pakistan, İsrail və Şimali Koreyanın arsenalında olan nüvə başlığının miqdarı təxminən 15 min 850 vahid olub. Ekspertlər qeyd edirlər ki, nüvə silahının ixtisarı ilk növbədə ABŞ və Rusiyanın hesabına baş verib. Hazırda dünyanın nüvə arsenalının təxminən 93 faizi bu iki ölkədədir. Hər iki ölkə “soyuq müharibə”dən sonra köhnəlmiş texnikadan azad olmağa çalışır. Hər iki ölkə nüvə arsenalının müasirləşdirilməsi üzrə proqramlar həyata keçirir.

Rusiya və Qərb: yeni “Soyuq müharibə”

Məruzənin müəllifləri nüvə təhlükəsizliyinin əsas problemləri arasında Ukrayna münaqişəsi və Krımın zəbt edilməsini göstərirlər. SIPRI məruzəsində qeyd edir ki, ABŞ və Rusiya nüvə silahının ixtisarının templərini yavaşıyıb. Məlumata görə, bir il ərzində Rusiyada nüvə başlıqlarının miqdarı 8 mindən 7,5 minə qədər azalıb. ABŞ isə yalnız qırx nüvə başlığından azad olub: 7300-dən 7260-ya qədər.

“Şübhəsiz ki, Ukrayna böhranı Moskvanın atom siyasətinə təsir göstərəcək. Rusiya nüvə silahına yenidən böyük əhəmiyyət verir”, - Berlin Elm Fondunun təhlükəsizlik və silahlanma məsələri üzrə eksperti Oliver Mayer bildirib.

Daha əvvəl Rusiya prezidenti Vladimir Putin “Krım. Vətənə yol” filmində bildirib ki, Krım yarımadasında nüvə silahının yerləşdirilməsini istisna etmir. Onun sözlərinə görə, Rusiya ən əlverişsiz hadisələrin inkişafına hazır olmalıdır.

Həmçinin risk mövcuddur ki, tərəflər özlərinin strateji və taktik nüvə sistemlərinin yerini dəyişdirməyə başlayacaq. NATO Rusiyanın Krımda nüvə silahı yerləşdirmə ehtimalından narahatdır. Moskva da öz növbəsində, Avropa ölkələrində taktik nüvə silahının mümkün düzülüşünə qarşı çıxır və NATO-nu Nüvə Silahının Yayılmaması haqqında Müqaviləni pozmada ittiham edir.

İran üçün Ukrayna dərsləri

SIPRI 1992-ci ildə imzalanmış Lissabon protokolunu xatırladır. Protokola əsasən, Kiyev Rusiya, ABŞ və Böyük Britaniya tərəfindən verilən təhlükəsizlik zəmanəti qarşılığında nüvə silahını Moskvaya verdi.

“Ukrayna böhranı nüvə silahına sahib olmaq istəyən dövlətlər üçün qorxuducu siqnaldır. Ukrayna böhranı İranın “altılıq”la (Fransa, Almaniya, Böyük Britaniya, Rusiya, Çin və ABŞ) apardığı nüvə danışıqlarına təsir edə bilər”, - məruzədə deyilir.

Asiyanın nüvə üçbucağı

Narahatlıq üçün daha bir əsas Çin, Hindistan və Pakistandakı nüvə arsenalıdır. SIPRI-in məlumatına görə, Çin nüvə başlıqlarının sayını bir il ərzində 250-dən 260-a qədər artırıb. Hindistan və Pakistan da öz növbəsində nüvə silahının hazırlanması üçün istifadə olunan zənginləşdirilmiş uranın istehsalını artırır və on il ərzində bu ölkələrin mövcud nüvə arsenalı üç dəfə arta bilər. Ekspertlər ehtiyat edirlər ki, bu Asiya ölkələri arasında qızğın silahlanmanın başlanmasına gətirib çıxaracaq. Analitiklər hərbi münaqişənin baş verəcəyi halda bu dövlətlərin nüvə silahını tətbiq edəcəyini istisna etmirlər.

Oliver Mayer qeyd edir ki, hələ heç kəs dünyada belə bir nüvə üçbucağı ilə rastlaşmayıb. Bu ölkələrdən Hindistan və Pakistan 1969-cu ildə təsdiqlənmiş Nüvə Silahının Yayılmaması haqqında Müqavilənin iştirakçısı deyillər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm