Sabiq nazir: “Rusiya fırtınanın ortasındadır”
Bizi izləyin

Dünya

Sabiq nazir: “Rusiya fırtınanın ortasındadır”

“Rusiya hələlik iqtisadi böhranın pik nöqtəsini keçməyib. Biz hələ fırtınanın ortasındayıq”.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Rusiyanın keçmiş maliyyə naziri, Vətəndaş Təşəbbüsləri Komitəsinin başçısı Aleksey Kudrin Sankt-Peterburq şəhərində keçirilən Beynəlxalq İqtisadi Forumda bildirib.

“Biz fırtınanın ortasındayıq. İlin birinci yarısındakı vəziyyət hamını bir az sakitləşdirdi. Göstəricilər həqiqətən də gözlədiyimizdən daha yaxşı idi. Çoxları düşünür ki, böhranın pik nöqtəsini keçmişik. Ancaq ilin ikinci yarısı göstərəcək ki, bu belə deyil”, - sabiq nazir çıxışında deyib.

Onun sözlərinə görə, ilin ikinci yarısında iqtisadiyyatla bağlı qeyri-müəyyənlik davam edəcək: “Çünki iqtisadiyyatla bağlı çağırışlar yalnız iqtisadi deyil, həm də siyasi xarakter daşıyır. İqtisadiyyatda müvəffəqiyyətlər haqqında bəyanatları təəccüblə izləyirəm. Hərçənd hansısa lokal şeylərdən söhbət gedir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm