Türkiyə parlamenti yeni tərkibdə ilk iclasını keçirəcək
Bizi izləyin

Dünya

Türkiyə parlamenti yeni tərkibdə ilk iclasını keçirəcək

Türkiyə Böyük Millət Məclisi (TBMM) iyunun 23-də yeni tərkiblə ilk iclasını keçirəcək. Türkiyə qanunvericiliyinə görə, parlamentin ilk iclası ən yaşlı deputatın sədrliyi ilə baş tutacaq. TBMM-in ən yaşlı deputatı isə Cümhuriyyət Xalq Partiyasından olan deputat Dəniz Baykaldır.

Publika.az xəbər verir ki, parlamentin birinci iclasında Türkiyə Böyük Millət Məclisi sədrliyinə namizədlər irəli sürüləcək. TBMM-ə sədr seçkisi ilə bağlı birinci səsvermə iyunun 28-də olacaq.

Xatırladaq ki, iyunun 7-də TBMM-ə keçirilmiş növbəti seçkilərin nəticələrinə görə, Ədalət və İnkişaf, Cümhuriyyət Xalq, Millətçi Hərəkat və Xalqların Demokratik partiyaları yeni parlamentdə təmsil olunurlar. Hakim Ədalət və İnkişaf Partiyası 258 mandatla yeni parlamentdə çoxluq təşkil edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm