Britaniya parlamenti 7 milyarda təmir olunacaq
Bizi izləyin

Dünya

Britaniya parlamenti 7 milyarda təmir olunacaq

Birləşmiş Krallıq təxminən 150 illik tarixi olan parlament binasını təmir edəcək.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, binanın təmiri üçün 7 milyard funt-sterlinqə qədər xərclənə bilər.

Bu günə qədər 26 hökumətə ev sahibliyi edən və inşası 1871-ci ildə tamamlanan parlament binasının təmiri üçün millət vəkilləri və lordlar təxminən 6 il binadan ayrılmalıdır. Millət vəkilləri və lordların binadan ayrılması həm xərcləri, həm də binanın təmiri müddətini azalda bilər. Əks halda binanın təmiri təxminən 40 il çəkəcək.

Binanın damından su axdığı üçün bəzi parlamentarilərin ofislərində vedrələrdən istifadə edildiyi, binanın fasad hissəsinin isə çirkləndiyi və köhnəldiyi qeyd edilir. Binanın təmirinin 2020-ci ildən tez başlanması nəzərdə tutulmur.

Binanın boşaldılması barədə qərarı verilsə, parlamentarilərin müvəqqəti olaraq kraliça II Elizabetin Konfrans Mərkəzinə köçəcəyi təxmin edilir.

Lordlar Palatası və Avam Kamerasının olduğu tarixi ingilis parlamentində son genişmiqyaslı təmir işləri 1950-ci ildə aparılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm