İŞİD-dən daha təhlükəli qüvvənin adı açıqlandı
Bizi izləyin

Dünya

İŞİD-dən daha təhlükəli qüvvənin adı açıqlandı

Türkiyənin sərhədində müstəqil kürd dövləti qurmaqda ittiham olunan ABŞ-dan “İŞİD-in ən təhlükəli düşmən” olmadığına dair bəyanat gəlib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Mərkəzi Kəşfiyyat Agentliyin (CIA) keçmiş başçısı general Devid Petraeus Vaşinqton və Bağdadı kürd güclərinin İŞİD-dən daha təhlükəli olduğu barədə xəbərdar edib.

Londonda dərc olunan ərəb dilli “Asharq al-Awsat” nəşrinə danışan Devid Petraeus YPG (PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı) güclərinin Türkiyə sərhədindəki Tel-Abyad şəhərini almasından sonra İŞİD-dən daha təhlükəli olduğunu deyib. O, ABŞ-ın İŞİD-lə mübarizə üçün İraqa əsgər göndərməyəcəyini, çünki bu vəzifənin yalnız İraqlılara aid olduğunu vurğulayıb.

Məşhur fiqur olan general David Petraeus İraqdakı koalisiya qüvvələrinə və Əfqanıstandakı NATO birliklərinə rəhbərlik edib.Çeçenistan lideri Ramzan Kadırov bir müddət onunla bağlı şok bir iddia ilə çıxış edib. Kadırov İŞİD-in lideri Əbubəkr əl-Bağdadinin əslində CIA-nın keçmiş başçısı tərəfindən idarə edildiyini bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm