Oruc tutmadığına görə cəsədə də işgəncə verdilər
Bizi izləyin

Dünya

Oruc tutmadığına görə cəsədə də işgəncə verdilər

İŞİD terror təşkilatı Suriyanın Mayadin şəhərində oruc tutmadığı üçün iki yeniyetmə oğlanı asaraq öldürüb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə baş ofisi Londonda yerləşən Suriya İnsan Haqları Təşkilatı bildirib.

Məlumata görə, yaşı 18-dən aşağı olan iki nəfər gündüz vaxtı yemək yeyərkən tutulub. Asıldıqdan sonra uşaqların boynundan “Ramazanda oruc tutmadı” sözləri yazılan lövhə asılıb.

İngiltərənin “İndependent” qəzeti isə uşaqların cəsədlərinin İŞİD-in “polis məntəqəsi”nin yaxınlığında çarmıxa çəkildiyini xəbər verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm