Təyyarə qəzasında itkin düşən ana və körpə sağ tapıldı - FOTOLAR
Bizi izləyin

Dünya

Təyyarə qəzasında itkin düşən ana və körpə sağ tapıldı - FOTOLAR

Beş gün əvvəl təyyarə qəzası nəticəsində Kolumbiya cəngəlliklərində itkin düşən ana və körpəsi möcüzə nəticəsində sağ tapılıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 18 yaşlı Nelli Murillo və onun körpəsi Yudier Moreno bazar günü qəzaya uğrayan təyyarənin içində olub.

Dumanda idarəetməni itirən pilot təyyarəni qəzaya uğradıb. Nəticədə, təyyarə sıx meşəliyə düşüb. Kolumbiya hava qüvvələrinin komandiri deyib: “Bu bir möcüzədir. Gənc ana və azyaşlı körpə qəzaya uğrayaraq vəhşi təbiət qoynuna düşüb”.

Murillo az saylı yaralar və yanıqlarla xəstəxanaya çatdırılıb. Xoşbəxtlikdən, körpə heç bir xəsarət almayıb. Təyyarənin pilotu isə yerindəcə həlak olub. Ana və körpənin axtarışına 14 nəfər xilasedici cəlb olunmuşdu.

Qəzanın baş vermə səbəbləri araşdırılır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm