Tsarnayev danışdı və üzr istədi
Bizi izləyin

Dünya

Tsarnayev danışdı və üzr istədi

Boston marafonunda terror aktı törətməkdə ittiham olunan çeçen Cohar Tsarnayev barəsində verilən ölüm cəzası rəsmiləşdirilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, sonuncu dəfə hakim qarşısına çıxarılan Tsarnaev susqunluğunu pozaraq qurbanları və onların ailələrindən üzr istəyib.

“Sizə çəkdirdiyim ağrılar və əvəzi verilməyən ziyanlara görə üzr istəyirəm”, - Tsarnayev deyib.

Xatırladaq ki, 2013-cü il aprelin 15-də Boston marafonunun finişində törədilən partlayışların qurbanı üç nəfər olub, 264 nəfər yaralanıb. Partlayıcı maddəni Cohar Tsarnayev və onun böyük qardaşı, polislə atışmada həlak olan Tamerlan Tsarnayev işə salıb.

Çeçenistan Respublikasında isə Cohar və onun qardaşının terror aktının əsas iştirakçıları olduğuna inanmırlar. Çeçenistan prezidenti Ramzan Kadırovun sözlərinə görə, Tsarnayev ABŞ xüsusi xidmət orqanlarının qurbanı olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm