Aclıq olsun, kef olsun – meydana sevişməyə, kabab yeməyə gəlirlər - FOTOLAR
Bizi izləyin

Dünya

Aclıq olsun, kef olsun – meydana sevişməyə, kabab yeməyə gəlirlər - FOTOLAR

Dünyanın bir sıra aparıcı media orqanları Ermənistanın paytaxtı İrəvanın mərkəzində elektrik enerji tariflərinin qaldırılmasına etiraz əlaməti olaraq keçirilən irimiqyaslı aksiyanın iştirakçılarının fotolarını yayıblar.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, xarici və bəzi yerli fotomüxbirlər tərəfindən çəkilmiş şəkillərdə ermənilərin “aclıq olsun, kef olsun” prinsipi ilə meydanlara axışdıqları, aclıq və safələt içində yaşayan çoxlarının siyasi aksiyalarda da macəra axtarışına çıxdıqları açıq-aydın görünür.

Mərkəzi Baqramyan prospektində keçirilən oturaq piketi, Ermənistanın Yazıçılar İttifaqının binası qarşısındakı toplantıları, habelə digər aksiyaları əks etdirən fotolarda bəzi aksiya iştirakçılarının mitinqlərə sadəcə eşqbazlıq, tanışlıq xətrinə gəlmələri əks olunur. Meydanda öpüşən, tanış olan kim, kabab çəkən, kameralara gülümsəyən kim.

"Talana yox!" vətəndaş cəmiyyəti hərəkatının təşkilatçılığı ilə keçirilən aksiya iştirakçıları ölkədə elektrik enerjisinin qiymətini azaltmağı tələb etməklə yanaşı, həm də şit hərəkətləri ilə diqqət çəkirlər. Bir sıra xarici mətbuat orqanları sosial problemlər məngənəsində yaşayan ermənilərin bu davranışlarını xüsusi ironiya ilə qabardıblar.

Qeyd edək ki, bir neçə gün əvvəl İrəvanda minlərlə insan elektrik enerjisinin bahalaşmasına qarşı nümayişdə iştirak edib. Etiraz aksiyası polis tərəfindən zor gücünə dağıdılıb və yüzlərlə etirazçı saxlanılıb.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm