Heyvanlara görə öz həyatını riskə atdı - FOTOLAR
Bizi izləyin

Dünya

Heyvanlara görə öz həyatını riskə atdı - FOTOLAR

Naoto Matsumura adi yapon fermerdir. Doğrudur, o, “Fukusima – 1” Atom Elektrik Stansiyasının 9,5 kilometrliyində yerləşən Tomioka şəhərində yaşayan yeganə sakindir.

Publika.az xəbər verir ki, 2011-ci ildə baş verən fəlakətdən sonra 150 min insan evini tərk etsə də, o, evini tərk etməyib. Naoto əvvəlcə valideynləri ilə evini tərk etsə də, sonra atıb gəldiyi heyvanları üçün darıxıb və Tomiokaya qayıdıb.

Doğma şəhərinə qayıdan şəhər sakini burada gördüklərindən heyrətlənib. Acından 120 inək ölüb yerdə qalmışdı. Hökumət qalan inəklərin də öldürülməsilə bağlı qərar çıxarsa da, Tomioka sakini onlara baxacağına və yemləyəcəyinə söz verib. Beləliklə boş evlərdə qalan heyvanların hamısı Naotonun yanına axışıb. O, yaşadığı həyatdan məmnundur və geri dönmək fikri də yoxdur: “Həkimlər 30-40 ilə zəhərlənəcəyimi bildiriblər. Mən o vaxta kimi onsuz da öləcəyəm”, - deyən fermeri bu da məqsədindən çəkindirməyib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm