Yaralıların sayı artır
Bizi izləyin

Dünya

Yaralıların sayı artır

Tayvanın Sinbey şəhərindəki akvaparkda diskoteka zamanı baş verən partlayışın səbəb olduğu yanğında zərər çəkənlərin sayının azı 510 nəfərə çatdığı bildirilir. Bu dəqiqləşdirilmiş məlumatı adanın səhiyyə və sosial təminat nazirliyi yayıb.

Zərər çəkənlər 38 xəstəxanaya yerləşdirilib. Azı 183 nəfər intensiv terapiya şöbələrində müalicə alır. Xəsarət alanlar arasında iki xarici turist də var. Həlak olanlar barədə məlumat verilmir. Bir müddət əvvəl Sina xəbər portalı bir nəfərin partlayış zamanı aldığı xəsarətdən öldüyü barədə məlumat yaymışdı.

Yanğın şənbə günü axşam “Basyan” su attraksionları parkında Color Play Asia rənglər festivalı çərçivəsində keçirilən diskoteka zamanı baş verib. Polis tədbirin təşkilatçılarını saxlayaraq dindirir. Hadisə yerinə gələn Sinbey meri Erik Çju Lilun baş verənləri “şəhərin tarixində ən ciddi kütləvi insident” adlandırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm