Rusiyaya şok: daha bir ölkə NATO-nun üzvü olur
Bizi izləyin

Dünya

Rusiyaya şok: daha bir ölkə NATO-nun üzvü olur

NATO Çernoqoriyanın hesabına sıralarını genişləndirə bilər.

Publika.az “Kommersant” nəşrinə istinadən xəbər verir ki, bu barədə NATO-dakı diplomatik mənbə bildirib.

Onun sözlərinə görə, Çernoqoriya NATO-ya üzv olmaq üçün ideal namizəddir. Mənbə qeyd edib ki, yaxın gələcəkdə başqa heç bir ölkə hərbi alyansa daxil olmaq üçün real şanslara malik deyil.

“Kommersant”ın mənbəyi bildirib ki, böyük ehtimalla 2015-ci ilin dekabr ayında Çernoqoriyanı ittifaqa dəvət edəcəklər. Nəşrin yazdığına görə, Bratislavada keçirilən Ümumdünya Təhlükəsizlik Forumunda (GLOBSEC) ölkəyə dəqiq siqnal göndərilib: məhz Çernoqoriya NATO-un növbəti üzvü olacaq.

“Kifayət qədər ciddi səbəblər mövcuddur ki, Çernoqoriya ittifaqın üzvü olsun”, - Böyük Britaniyanın baş naziri Devid Kameron deyib.

Bu günlərdə NATO-nun baş katibi Yens Stoltenberq təsdiqləyib ki, Çernoqoriya ilə bağlı qərar dekabrda qəbul ediləcək.

Rusiyanın Dövlət Duması isə Çernoqoriyanın NATO-ya dəvətinə cavab olaraq radikal ölçülərin qəbul olunmasını təklif edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm