İranlı generaldan şok iddia: “Xamenei Allahla danışır”
Bizi izləyin

Dünya

İranlı generaldan şok iddia: “Xamenei Allahla danışır”

İran İslam İnqilabının Keşikçilər Korpusunun ("Sepah") komandirlərindən olan Əli Səidi İranın ali dini lideri ayətullah Əli Xameneinin “ilahi güclər”lə ünsiyyət saxladığını deyib.

Publika.az “Fars News”a istinadən xəbər verir ki, Xameneinin “Sepah”dakı nümayəndəsi olan general Səidi dini liderin əmrlərinin imamın əmrləri olduğunu və səlahiyyətlərin imamların səlahiyyətləri ilə eyni olduğunu bildirib.

“Xamenei həm vəhylə, həm də digər yollarla ilahi güclərlə ünsiyyət saxlayır”, - iranlı general vurğulayıb.

Səidi Xameneinin hakimiyyətinin Allahdan gəldiyini iddia edib. O, dini liderin əmrlərinin Allahın əmrləri kimi qəbul edilməsinin lazım olduğunu söyləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm