Jirinovski Baltikyanı respublikaların Rusiyaya birləşməsini təklif edir
Bizi izləyin

Dünya

Jirinovski Baltikyanı respublikaların Rusiyaya birləşməsini təklif edir

“Əgər Rusiya Baş prokurorluğu Baltikyanı respublikaların müstəqilliyinin tanınmasını qanunsuz hesab etsə, Estoniya, Latviya və Litvada Rusiyaya birləşmə haqqında referendumlar keçirilməlidir”.

Publika.az “Kommersant” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Liberal Demokrat Partiyasının lideri, Dövlət Dumasının üzvü Vladimir Jirinovski bildirib.

Vladimir Jirinovskinin fikrincə, Rusiyanın Baltikyanı respublikaların müstəqilliyini tanıması Baltikya respublikaların rusdilli əhalisinə qarşı ədalətsiz qərar oldu. “Biz öz həmyerlilərimizi atdıq. Onlar heç vaxt müstəqil dövlətlərdə yaşamaq istəmirdilər, onlar SSRİ vətəndaşı idilər və SSRİ-də qalmaq istəyirdilər. Mən özüm o vaxt Estoniya, Latviya və Litvada olmuşam. Onlar bizdən soruşurdular ki, siz nə edirsiniz, niyə bizi atırsınız?” – partiya sədri deyib.

Qeyd edək ki, Rusiya Baş prokurorluğu SSRİ Dövlət Şurası tərəfindən Baltikyanı respublikaların müstəqilliyinin tanınması ilə bağlı verilən qərarın qanuniliyini yoxlamağa başlayıb. SSRİ Dövlət Şurasının 1991-ci ildə verdiyi qərarın qanunauyğunluğunun yoxlanılması xahişi ilə “Vahid Rusiya” Partiyasının deputatları Yevgeni Fyodorov və Anton Romanov müraciət ediblər.

SSRİ Dövlət Şurası 5 sentyabr 1991-ci il yaradılan müvəqqəti dövlət idarəetmə orqanıdır. Onun tərkibinə SSRİ prezidenti və müttəfiq respublikaların ən yüksək vəzifəli şəxsləri daxil idi. Dövlət Şurasının yaradılması SSRİ-nin Konstitusiyası ilə nəzərdə tutulmamışdı. Dövlət Şurasının birinci iclasında Baltikyanı respublikalar - Latviya, Litva və Estoniyanın müstəqilliyi tanınıb.

Kremldən isə bildiriblər ki, təşəbbüslə tanış deyillər. “Kremldə bu təşəbbüslə tanış deyillər. Düzünü desəm, bu təşəbbüsün mahiyyətini anlamaqda çətinlik çəkirəm”, - Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm