Ekologiya
Meşə gözətçisi işdən QOVULDU
Ağdaş rayon Ağzıbir meşəbəyliyinin 3 saylı dolayında hündürlüyü 2 metr olan 260 ədəd çətənə kolu aşkar edilib və narkotik bitkilərin qanunsuz əkilib-becərilməsi ilə məşğul olan şəxs saxlanılıb.
Publika.az xəbər verir ki, bu faktlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ağdaş Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin və Ağdaş rayon polis şöbəsinin əməkdaşları tərəfindən Ağdaş rayonunun meşə ərazisində birgə reyd zamanı aşkarlanıb.
Belə ki, keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Ağzıbir
kənd sakini Cabir Şahmuradov meşə ərazisində xüsusi aqrotexniki
qayda ilə yetişdirdiyi çətənə kollarına qulluq edərkən iş başında
yaxalanıb. Narkotik xassəli çətənə bitkiləri kökündən çıxarılaraq
maddi sübut kimi götürülüb. Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi
tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
Qeyd edək ki, meşələrin qorunub mühafizə olunmasını
qeyri-qənaətbəxş təşkil etdiklərinə və işlərində nöqsanlara yol
verildiklərinə görə Ağzıbir meşəbəyliyinin 3 saylı meşə dolayı
gözətçisi Məsim Seyidov tutduğu vəzifədən azad edilib, meşəbəyi
Nofəl Ələsgərov və meşə mühafizə mühəndisi Yasin İslamova isə
töhmət verilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan bütün
ərazilərdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı
mübarizə tədbirləri çərçivəsində narkotik xassəli bitkilərin
qanunsuz əkildiyi və yabanı halda bitdiyi yerlərin müəyyən edilməsi
istiqamətində reydlər davam etdirilir.
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi