Elm və təhsil
Millət vəkili bağçaları SƏRT TƏNQİD ETDİ
“Bu gün məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçilərin maaşı 140-150 manatı keçmir, texniki işçilər 80 manat maaş alır”.
Publika.az-ın xəbərinə görə, bu sözləri millət vəkili Fazil Mustafa Milli Məclisdə “Təhsil haqqında” qanuna edilən dəyişikliklərə münasibət bildirərkən deyib.
Millət vəkili bildirib ki, bu qədər maaş alan müəllimlər 42 gün məzuniyyətə getmək istəmir:
“140 manatı 42 günə bölək. Necə xərcləyəcək adamlar bu pulu? Adamlar məzuniyyətə getmək istəmir. Özümüzü aldatmayaq, məktəbəqədər təhsilin bu yükü qaldırmağa imkanı yoxdur”.
Millət vəkili ölkədə məktəbəqədər təhsilin vəziyyətinin ürəkaçan olmadığını deyib:
“Bu gün Azərbaycanda 13-12 faiz arası uşaq məktəbə məktəbəqədər müəssisələrdən gəlir. Yəni bizdə bu məsələdə baza yoxdur. Bu məsələdə özəl müəssisələrə imkan yaradılmalıdır. Bağçaya qəbul yaşını bir yaşa qədər endirdik. Lap yaxşı, amma bu müəssisələr haradadır? Regionların 30 faizində məktəbəqədər müəssisə yoxdur. Onların tikilməsi ilə hansı qurum məşğul olacaq?
Azərbaycanda uşaq bağçalarına diqqət etmək lazımdır. Normal ailə düzəni olmayanlar bu müəssisələrdə müdir vəzifəsinə təyin edilməməlidir. Bağçaların siyahısını çıxarın özünüz vəziyyəti görəcəksiziniz. İnsanlar necə uşağını etibar etsin, bu müəssisələrə?
Millət vəkili həmçinin bağçaların Təhsil Nazirliyinin balansına verilməsini təklif edib:
“Təhsil sisteminin köklü islahatlara ehtiyac var. Həll edə bilməsək, onun altında əziləcəyik”.
Birinci vitse-spiker Ziyafət Əsgərov deyib ki, qanun perspektiv üçün nəzərdə tutulub:
“Bu gün bağça yoxdur sabah olacaq da. Bu, bütün dünyada belədir”.
Gülxar
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi