Enerji
Dünyanın qaz hasilatında YENİ NƏHƏNG OYUNÇU
Çin şist qazının çıxardılması həcmləri üzrə dünyada üçüncü ölkə olaraq, artıq yalnız ABŞ və Kanadadan geri qalır.
Publika.az bildirir ki, bu barədə “China now one of world's top-3 shale gas producers” adlı məqalə ilə People's Daily nəşri məlumat yayıb.
2010-cu ildə ilk quyunun qazımasından etibarən, ildə 10 milyard kub metrdən artıq şist qazı hasilatına çatan Çin, bu sahədə əhəmiyyətli strateji sıçrayış edə bilib. Ölkə hakimiyyəti bu sferanın inkişafını davam etdirməyi planlaşdırır.
Torpaq və təbii resurslar Nazirliyinin qeokəşfiyyat departamentinin rəhbəri Yuy Xayfen bildirib ki, Çinin cənub-qərbində Sıçuan hovuzunda şist qazının ehtiyatları 764.3 milyard kub metr təşkil edir. Bu regionda yerləşmiş Fulin yatağı Şimali Amerikadan sonra dünyada şist qazının hasilatı üzrə ikinci ən böyük yataq sayılır.
Çinin şist qazı ilə olduqca gec maraqlanmasına baxmayaraq, bu sferanın inkişafı sürətli templərlə inkişaf edir. "Fulin və Veyyuan-Çannin yataqları artıq məhsuldar nəticələr göstərir”, - Torpaq və təbii resurslar Nazirliyinin Strateji tədqiqatlar mərkəzinin direktoru Çjan Davey bildirib, - “Bu, Çində şist qazının inkişafının potensialını sübut edir”, - deyə o, əlavə edib.
Yataqların işlək hala gətirilməsi Çinin mürəkkəb geoloji şəraitinə görə, kifayət qədər çətin məsələ idi.
İnnovasiyaların və inadın sayəsində, Sinopec və Petro China kimi Çin şirkətləri texniki baryerləri dağıda bildilər. "Xarici texnologiyaları öyrənərək, eyni zamanda şəxsi innovasiyalardan istifadə edərək biz qaz hasilatına nail ola bildik", - deyə Sinopec Jianghan Oilfield-in şist qazının hazırlaması departamentinin direktoru Lyu Yaoven bildirib.
Torpaq və təbii resurslar Nazirliyinin məlumatına görə, çıxardılan şist qazının həcmi təxminən 20 trilyon kub metr təşkil edir.
Çin hökuməti ümid edir ki, 2020-ci ilə qədər ölkədə enerji istehlakının 10%-ni təbii qaz təşkil edəcək.
Zaur H.
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi