Foto
Vulkan üzərində nahar – dünyanın ən qəribə restoranından FOTOLAR
Nahar etdiyiniz, musiqi sədaları ilə əyləndiyiniz hər hansı restoranın vulkanın üzərində yerləşdiyini bilsəniz nə edərsiniz? Təbii ki, çoxunuzun ilk işi dərhal oranı tərk etməkdən, hətta mümkün qədər uzaq qaçmaq olacaq. Amma dünyada qəribə - sönmüş vulkanın üzərində yerləşən restoran var ki, müştərilər onun üzərində nahar edir, musiqiyə qulaq asır, lavaların közü üzərində bişən yeməkləri dadır.
Publika.az bu qəribə restoranla bağlı maraqlı məlumatları təqdim edir:
Ucsuz-bucaqsız səhrada yerləşən bu restoranın bəzi xüsusiyyətləri onun xidmətlərindən ilk dəfə istifadə edənləri heyrətləndirir. Kanar adaları qrupundakı Lanzorattedəki "Eldiabo" adlı restoran bir zamanlar aktiv olmuş vulkanın üzərində inşa edilib. Maraqlıdır ki, burada müştərilərə təqdim edilən yeməklər lavaların üzərində qurulmuş istilik "peçləri"ndə bişirilir.
Bütün bunlara baxmayaraq, bu qəribə restoranda sanitar-gigiyena qaydalarına riayət edilir. Xidmətçilərin təmizliyi, xüsusi formalar da öz yerində...
"Eldiabo" restoranında müştərilərə əsasən balıq, toyuq yeməkləri təklif edilir. Ucsuz-bucaqsız səhranın ortasında yerləşən restoranda qiymətlər çox baha da deyil. Bununla belə yeməkləri bir neçə gün əvvəl Kanar adaları qrupundakı digər ərazilərdən də sifariş vermək olar.
Restoranın vulkan üzərində yerləşməsi, yeməklərin lavanın istisi ilə bişirilməsi xarici qonaqların diqqətini cəlb etdiyindən onlar bura tez-tez üz tuturlar.
Alimlərin proqnozlarına görə, sönmüş vulkanın yaxın vaxtlarda püskürməsi, lavalardan qaynar mayenin axması, bir sözlə, bu cür qeyri-adi məkanda yerləşən restoranın məhvi, onun müştərilərinin isə yanıb kül olması gözlənilmir.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR