Kartof maskası ilə qara nöqtələrə vida edin
Bizi izləyin

Gözəllik

Kartof maskası ilə qara nöqtələrə vida edin

Qara nöqtələr dərini korlayır və sizi olduğunuzdan daha yaşlı göstərir. Ancaq qara nöqtələrdən xilas olmaq elə də çətin deyil. Ev şəraitində hazırlaya biləcəyiniz kartof maskası ilə bu problemi ilə birdəfəlik vidalaşa bilərsiniz.

Publika.az qara nöqtələrə qarşı ən effektli üsul hesab edilən kartof maskasını təqdim edir:

2-3 ədəd kartof

3-4 damcı limon şirəsi

1 çay qaşığı bal

Hazırlanması:

Kartofları rəndələyin və bint vasitəsilə suyunu süzün. Bu suyu limon şirəsi və balla qarışdırın.

Qarışığı üzünüzə çəkib 20 dəqiqə gözləyin.

Üzünüzü ilıq su ilə yuyub qurulayın. Daha sonra dəri tipinizə uyğun nəmləndirici krem çəkin.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm