Gözəllik
Dəriyə qulluqda yenilik: “multi‐masking” texnikası
Qüsursuz bir dəriyə qovuşmaq istəyən xanımlar üçün hər gün yeni bir üsul kəşf olunur. Son günlər baxımlı qadınlar dəriyə qulluq üçün “multi‐masking” texnikasından istifadə edirlər.
“Multi‐masking” bir neçə maskadan eyni zamanda istifadə etmək deməkdir. Bir sözlə “multi‐masking” texnikasında üzün hər bölgəsi üçün fərqli bir maskadan istifadə nəzərdə tutulur. Bu texnikanı trend halına salan qadınlar düşünürlər ki, üzün hər bölgəsinin fərqli maddələrə ehtiyacı var. Ancaq ayrı-ayrı bölgələrə maska çəkib yuduqda məhsulun effekti azalır. Bütün maskaları eyni anda çəkib, üzü bir dəfə yuduqda isə maskanın effekti daha tez hiss olunur.
Bəs, üzün hansı bölgəsinə, hansı maskanı çəkmək lazımdır?
“Multi‐masking” texnikasını sınaqdan keçirənlər bildirirlər ki, üzün ən çox yağlanan, qara nöqtələrin daha çox müşahidə edildiyi “T” bölgəsinə tərkibində kömür ya da salisilik asit turşusu olan maska, yanaqlara isə C vitamini və “peptit” ehtiva edən maska, gözaltlarına isə tərkibində “retinol” olan maska çəkmək daha uyğundur.
Ləman Sultan
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi