Ayaqdakı çatlardan xilas edən maska
Bizi izləyin

Gözəllik

Ayaqdakı çatlardan xilas edən maska

Gün ərzində bədənin bütün yükünü ayaqlar daşıyır. Ona görə də yay-qış fərqi qoymadan ayaqlara həmişə qulluq etmək lazımdır. Xüsusən də çatlar varsa, sadəcə, krem çəkməklə kifayətlənməyin, tez-tez vanna qəbul edin, maska qoyun.

Publika.az ayaq çatlarına qarşı effektli maska təqdim edir:

Tərkibi:

3 çay qaşığı dəniz duzu

1 çay qaşığı badam yağı

1 çay qaşığı zeytun yağı

8 ədəd çiyələk

Hazırlanması:

Çiyələyi kasanın içində əzin və üzərinə zeytun və badam yağı, dəniz duzu əlavə edib qarışdırın. Həmin qarışıqla ayaqlarınızı ovun. 10 dəqiqə gözləyib ilıq su ilə təmizləyin. Bu maskanı həftədə bir dəfə çəksəniz, ayaq çatlarından xilas olacaqsınız.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm