Çimərlikdə təbii və seksual görünmək üçün 7 izahlı FOTOSESSİYA
Bizi izləyin

Gözəllik

Çimərlikdə təbii və seksual görünmək üçün 7 izahlı FOTOSESSİYA

Axır ki, çoxlarının həsrətlə gözlədiyi yay gəldi. Çimərlik mövsümü hələ açılmasa da, qızlarla, oğlanlar sahildə gözəl görünmək üçün saatlarla idman edir, pəhriz saxlayır. Publika.az adme.ru-ya istinadən çimərlikdə şəkil çəkdirənlər üçün 7 poza təqdim edir:

Bu 7 sadə qaydalara riayət edərək şəkillərdə model kimi görünəcəksiniz.

1. Çiyninizi dik saxlayın, qarnınızı bir qədər içəri çəkin, əlinizi belinizə qoyun və gülümsəyin.

2. Arxaya çevrilmiş formada dayanın, ayaqlarınızı birləşdirin, dabanınızı bir qədər yuxarı qaldırın. Bu poza bədən quruluşunu daha seksual və vizual olaraq uzun göstərir.

3. Dik dayanın, sonra ayaqları X şəklində birləşdirin, əllərinizi şəkildəki kimi saxlayın. Gülümsəyin, foto hazırdır...

4. Çimərlikdə uzanmış formada şəkil çəkdirmək istəyirsinizsə, taxtanı yuxarı qaldırın. Özünüz isə yarım oturmuş vəziyyətdə bu taxtaya dirsəklənərək dayanmağa çalışın. Ayaqları isə üst-üstə qoymaq daha yaxşıdır.

5. Ayaq üstə profildən şəkil çəkdirisinizsə, bu zaman bir ayağınızı önə qoyun, əliniz isə belinizdə olsun. Çiyinlər də dik olmalıdır.

6. Əgər oturmusunuzsa, ayaqlar aralı vəziyyətdə şəkil çəkdirməyin. Ayaqları iç-içə keçirib bir əlinizin ayağınızın üstünə qoyun.

7. İri planda foto çəkdirirsinizsə, düz dayanmayın. Bir qədər sola, ya da sağa çevrilin. Başınızı yuxarı qaldırmış vəziyyətdə kameraya baxın.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm