Ötən ay ərzaq bahalaşıb
Bizi izləyin

İqtisadi gündəm

Ötən ay ərzaq bahalaşıb

Ötən ay ərzaq bahalaşıb

Ötən ay ərzaq bahalaşıb Fevral ayında ərzaq məhsullarının qiymətləri 0,8 faiz bahalaşıb.

Publika.Az xəbər verir ki, qeyri-ərzaq mallarının qiymətləri və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri əvvəlki ayla eyni səviyyədə qalıb.

Ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,4 faiz bahalaşıb.

Publika.Az xəbər verir ki, ay ərzində qarabaşaq yarmasının, mal və toyuq ətinin, yumurtanın, portağalın, bananın, çuğundurun, kartofun, qurudulmuş üzümün qiymətlərində ucuzlaşma baş verib. Uzun və yumru düyünün, qoyun ətinin, balıq məhsullarının, kolbasa məmulatlarının, kərə yağının, zeytun və günəbaxan yağlarının, limonun, naringinin, almanın, armudun, heyvanın, narın, qozun, fındığın, şabalıdın, göyərtinin, kələmin, kökün, soğanın, sarımsağın, şəkərin, duzun qiymətlərində isə bahalaşma müşahidə olub.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm