Ukrayna 14-18 milyard dollarlıq yardım almağa yaxındır - Yeniləndi
Bizi izləyin

İqtisadi gündəm

Ukrayna 14-18 milyard dollarlıq yardım almağa yaxındır - Yeniləndi

Ukraynanın dövlət borcu kritik həddə yaxınlaşıb

Ukraynanın baş naziri bürokratik apparatın həcminin 10 faiz ixtisar olunacağını bəyan edib.Beynəlxalq Valyuta Fondu (BVF) ilə Ukrayna arasında iqtisadi islahatlar keçirmək şərtilə Ukraynaya 14-18 milyard dollar həcmində maliyyə yardımı ayırmaq barədə sövdələşmə əldə olunub.

Yekun qərar təşkilatın direktorlar şurasının tam tərkibi tərəfindən nəzərdən keçirildikdən sonra təsdiqlənməlidir."Son aylar şiddətli siyasi və iqtisadi təlatümlər ardınca Ukrayna müəyyən sabitlik əldə edib, lakin çətinliklərlə üzləşir”, BVF bəyanatında deyilir.

Qərarın təsdiqi Avropa İttifaqı və ABŞ tərəfindən 27 milyard dollar həcmində kredit xəttinin açılmasını təmin edə bilər.Razılaşma Ukraynaya səfər edən BVF rəsmilərilə yeni hökumət arasında üç həftəlik müzakirələrdən sonra əldə olunub.

Nəzərdə tutulur ki, yardım paketinin ayrılması iqtisadi islahatlarla ahəng keçiriləcək.Çərşənbə günü Ukrayna hökuməti əhali üçün qaz qiymətlərinin 50 faiz artırılacağını bildirib.

Bununla yanaşı qərar verilib ki, dövlət büdcəsinin yükünü azaltmaq üçün bır sıra sahədə qənaət tədbirləri keçiriləcək.Ukraynanın Baş naziri bürokratik apparatın həcminin 10 faiz ixtisar olunacağını bəyan edib.Arseni Yasenyukun sözlərinə görə Rada böhran əleyhinə tədbirləri təsdiqləməsə defolt astanasında olan büdcə çökə bilər.

15.04

Ukraynanın dövlət borcu 800 milyard qrivnanı (75 milyard dollar) üstələyir və kritik həddə yaxınlaşır. Trend-in "Ukrinform"a istinadən verdiyi məlumata görə, bunu Ukraynanın Baş naziri Arseniy Yatsenyuk deyib.

Onun sözlərinə görə, Aİ standartları üzrə kritik səviyyə ÜDM-ə nisbətdə dövlət borcunun 60 faizini təşkil edir: "Bizdə isə bu göstərici 53 faizdir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm