BVF Ukraynaya 18 milyard ayırdı
Bizi izləyin

İqtisadi gündəm

BVF Ukraynaya 18 milyard ayırdı

BVF Ukraynaya 18 milyard ayırdı

Daxili siyasi gərginlik nəzticəsində iflasla üz-üzə gələn Ukrayna Beynəlxalq Pul Fondu (IMF) ilə qurtarma proqramı istiqamətində razılaşma imzalayıb.

Publika.Az xəbər verir ki, proqram çərçivəsində BVF iqtisadiyyatı çökən Ukraynaya 18 milyard dollar səviyyəsində kredit ayıracaq.

Üç həftə davam edən müzakirələrdən sonra imzalanan razılaşma Ukraynaya veriləcək digər kreditlərin də önünü açdı.

Ölkənin baş naziri Arseniy Yatsenyuk BVF-nın islahatlarla bağlı tələbinin icra edilməsi üçün parlamentdən kömək istəyib:”Ölkə iqtisadi və maliyyə iflasın astanasındadır.

Əgər bu qanunlar qəbul edilməzsə, milli gəlir 10 faiz azalacq. Bildirək ki, islahatların yerinə yetiriləcəyi halda Amerika və Avropa Birliyindən Ukraynaya iki il ərzində 27 milyard dollar kredit ayrılacaq.

Kredit razılaşması çərçivəsində ölkədəki qazın qiyməti 50 faiz artırılacaq. BVF ayrıca Ukraynada korrupsiya ilə mübarizə, vergi dairələrinin işinə nəzarətin gücləndirilməsini tələb edib.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm